Prezident İlham
Əliyev Küveyt Dövlətinin Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul etmişdir.
Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmini vurğuladı. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu dedi. Prezident İlham Əliyev Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Səfir Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarını dövlət başçısına çatdırdı. Küveytli diplomat yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə əlaqələrin genişləndirilməsi işinə böyük önəm verdiyini dedi.
Prezident
İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx
Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və
Küveyt şahzadəsinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Küveyt Dövlətinin
başçısına və Küveyt şahzadəsinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 15 noyabr.- S.1.