Prezident İlham Əliyev Anqolanın Azərbaycanda yeni

 təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Joakim Auqusto de Lemuşun etimadnaməsini qəbul etmişdir.

Səfir Joakim Auqusto de Lemuş fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Joakim Auqusto de Lemuş etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfiri Joakim Auqusto de Lemuş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.

Dövlət başçısı Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 15 noyabr.- S.1.