Prezident İlham
Əliyev Cibutinin Azərbaycanda yeni təyin
olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdi İbrahim Absiehin etimadnaməsini qəbul etmişdir.
Səfir Abdi İbrahim Absieh fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Abdi İbrahim Absieh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Diplomat Abdi İbrahim Absieh Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğuladı.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Dövlət
başçısı Prezident İsmayıl Ömər
Celinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Cibuti dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2013.- 15 noyabr.- S.1.