Əli HƏSƏNOV: Bəzi qəzetlər
mövcud vəziyyəti obyektiv
şəkildə təhlil etməli
və öz fəaliyyətlərində dönüş
yaratmalıdırlar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə bağlı irəli sürülən iddialara münasibət bildirib.
Şöbə müdiri "Trend"-ə açıqlamasında deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət cəmiyyətdə demokratik dəyərlərin, o cümlədən söz və məlumat azadlığının, liberal media mühitinin inkişafına xidmət edir və öz ardıcıllığı, prinsipiallığı ilə seçilir: "Azərbaycan dövləti uzun illərdir ki, heç bir fərq qoymadan kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının inkişafına hərtərəfli dəstək göstərir. Son 5 ildə isə bu dəstək daha sistemli xarakter almış, yardımların həcmi böyümüş, eyni zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Buna görə də hakimiyyətin guya müstəqil medianı sıradan çıxarmaq niyyətində olması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır və heç bir tənqidə dözmür".
Əli
Həsənovun sözlərinə görə, hər bir
demokratik ölkədə olduğu kimi, Azərbaycanda da ictimai
tələbat media orqanlarının reytinqini
formalaşdıran əsas amildir: "Vətəndaşlar məlumat
almaq üçün daha çox obyektiv və operativ
informasiya daşıyıcısı olan, eyni zamanda tərəfsiz,
davranış qaydalarına riayət edən, ayrı-ayrı
marginallaşmış siyasi qrupların, biznes subyektlərinin,
müxtəlif xarici dairələrin maraqlarına deyil, cəmiyyətin
mənafeyinə xidmət edən kütləvi informasiya vasitələrinə
üstünlük verirlər. Artıq
yanlış və qərəzli informasiyalarla,
reallıqdan uzaq mülahizələrlə
cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla
tirajlarını artırmağa cəhd göstərən, təhqir
və böhtanın adiləşdiyi media
orqanları ictimai tələbat subyektləri
kimi öz
funksionallığını, oxucu
auditoriyasını itirməkdədirlər. Təəssüf
ki, bəzi müxalifət qəzetləri
düşdükləri vəziyyətdən düzgün
çıxış yolu tapmaq
əvəzinə, diqqəti problemin mahiyyətindən
yayındırmağa və məsələni siyasiləşdirməyə
çalışırlar. Onların bu yolla öz maddi
durumlarını düzəltmək cəhdləri hətta
qısamüddətli perspektiv
baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti
ayıq başla, obyektiv
şəkildə təhlil etmək və öz
fəaliyyətlərində dönüş
yaratmaqdan keçir".
Azərbaycan.-2013.- 15 noyabr.- S.4.