Cazmenlərimiz Fransada

 

Fransada keçirilən beynəlxalq "Cazkolor" festivalı çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı cazmenlərin konserti təşkil olunub.

24 ölkənin təmsil olunduğu festivalda azərbaycanlı cazmenlərin iştirakı rəğbətlə qarşılanıb. Qeyd edək ki, bu möhtəşəm festivalda Azərbaycan ilk dəfə təmsil olunurdu.

Caz üçlüyü - Elçin Şirinov (piano), Səlim Məmmədov (bass) və Elvin Bəşirovun (zərb alətləri) ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun, caz ustalarından - Rafiq Babayevin, eləcə də Qərb bəstəkarlarının əsərləri səslənib. Azərbaycanlı musiqiçilərin çıxışı seyrçilər tərəfindən alqışlarla qarşılanıb. Gənc cazmenlər sonra Fransanın Qrenobıl şəhərində də konsert proqramı ilə çıxış ediblər.

Beynəlxalq "Cazkolor" festivalı prezidentinin müavini xanım Valeri Qiler mətbuata verdiyi açıqlamasında belə bir möhtəşəm festivalda Azərbaycanın ilk dəfə iştirak etdiyini və uğur qazandığını yüksək qiymətləndirib.

 

Azərbaycan.-2013.- 15 noyabr.- S.7.