Beynəlxalq incəsənət sərgisi
Çexiyanın Lidise şəhərində keçirilən 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisində Azərbaycanın balaca rəssamları da iştirak ediblər. Bəllidir ki, İkinci Dünya müharibəsi zamanı Lidise kəndində alman faşistləri tərəfindən kütləvi surətdə uşaqlar qətlə yetirilib. Həmin uşaqların xatirəsini yad etmək üçün uzun illərdir ki, bu şəhərdə sərgi keçirilir. Əvvəllər, sadəcə, Çexiya üçün nəzərdə tutulan bu tədbir 1973-cü ildən başlayaraq beynəlxalq xarakter alıb.
İndi
böyük beynəlxalq incəsənət sərgisinə
çevrilmiş bu tədbirdə dünyanın əksər
ölkələri öz balaca rəssamlarının əsərləri
ilə iştirak edirlər. 2001-ci ildən
Çexiya Mədəniyyət, Xarici işlər, Təhsil, Gənclər və
İdman nazirliklərinin UNESCO
üzrə Çexiya komissiyasının
himayəsi altında gerçəkləşən builki sərgiyə 68 ölkədən 24 min 593 əsər göndərilib. Azərbaycandan
sərgiyə iş göndərmiş 45
iştirakçıdan 5-i
mükafatlandırılıb. Abşeron rayonu Saray qəsəbə
uşaq incəsənət məktəbinin
şagirdi Rəna Abdullayeva
(10 yaş) sərginin ən yüksək
mükafatı - "Lidise
qızılgülü" medalına layiq
görülüb. Rəhman Əliyev (13 yaş, Quba), Nigar Müslümova (13 yaş, Rusiya Mədəniyyət
Mərkəzi), Elvina Nəbiyeva (15 yaş, Bakı), Adil
Baxşəliyev (11 yaş, Bakı) fəxri
fərmanlarla təltif olunublar.
Azərbaycan.-2013.- 15 noyabr.- S.7.