Prezident İlham
Əliyev Finlandiyanın Azərbaycanda yeni
təyin
olunmuş səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Krister Mikelssonun etimadnaməsini qəbul etmişdir.
Səfir Krister Mikelsson fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Krister Mikelsson
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Xalqlarımız arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin uğurla
inkişafından məmnunluğunu
bildirdi. Finlandiya Respublikasının Prezidentinin
Azərbaycana, özünün
isə Finlandiyaya səfərlərinə toxunan
Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı
səfərləri əməkdaşlığımızın
yaxşı göstəricisi
kimi dəyərləndirdi.
Dövlət başçısı Azərbaycan ilə Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
güclü tərəfdaşlıq
əlaqələrinin yaradılması
üçün böyük
imkanların olduğunu
vurğuladı.
Səfir
Krister Mikelsson ölkəsinin Azərbaycan
ilə ikitərəfli
əlaqələrin genişləndirilməsində
maraqlı olduğunu dedi. İqtisadi sahədə əməkdaşlıq
üçün böyük
potensialın olduğunu
vurğulayan səfir əlaqələrimizin inkişaf
etdirilməsində müxtəlif
səviyyəli qarşılıqlı
səfərlərin önəmini
qeyd etdi. Finlandiyalı diplomat Azərbaycandakı
diplomatik fəaliyyəti
dövründə ölkələrimiz
arasında əməkdaşlığın
inkişaf etdirilməsi
istiqamətində səylərini
əsirgəməyəcəyini dedi.
AzərTAc
Azərbaycan.-2013.- 16 noyabr.- S.3.