Moskvada II Beynəlxalq Parlament Forumu keçirilir

 

Moskvada (Rusiya) II Beynəlxalq Parlament Forumu keçirilir. Forum Rusiya Federasiyası Konstitusiyasının 20 illiyinə həsr olunmuşdur.

Azərbaycanı forumda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Forumun açılışında ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etmişdir.

Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi Rusiya Tarix Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq parlament təşkilatlarının üzvləri, ekspertlər ictimai xadimlər iştirak edirlər. Forumun açılışında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon çıxış etmişlər. Rusiya Dövlət Duması deputatlarının çıxışlarında dünya ölkələri parlamentləri arasında konstruktiv dialoqun parlament demokratiyası ənənələrinin inkişafının vacibliyi vurğulanmışdır. Forum öz işini "Parlament, demokratik dəyərlər ictimai rəy", "Siyasi seçki sistemlərinin inkişafı: xarici təcrübə" digər bölmələrdə davam etdirmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Parlamentarizm liberal azadlıqlar. İdeyaların formalaşmasının qanunauyğunluqları demokratik cəmiyyətin formalaşması perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Forum çərçivəsində "Gənclər, parlamentarizm Avrasiya inteqrasiyası" mövzusunda beynəlxalq gənclər konfransı keçirilmişdir. Ölkəmizi konfransda Rusiya Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev təmsil etmişdir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 16 noyabr.- S.5.