Beynəlxalq forum Qəbələ
Bəyannaməsinin qəbul edilməsi ilə
yekunlaşmışdır
Qəbələ şəhərindəki "Qafqaz Resorte" hotelində keçirilən İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılmasında gömrük idarələrinin roluna dair VI Beynəlxalq forum başa çatmışdır.
Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxslərinin, eləcə də Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından 33 nümayəndənin iştirak etdiyi forum noyabrın 15-də öz işini sessiyalar üzrə davam etdirmişdir.
Forumda
Ümumdünya Gömrük Təşkilatının texniki
attaşesi Donald Tan "Əlaqələndirilmiş sərhəd
idarəçiliyi", Azərbaycanın Gömrük
Hüquqpozmalarına qarşı Mübarizə Baş
İdarəsinin rəisi Güloğlan Muradlı "Ticarətin
sadələşdirilməsi kontekstində hüquq-mühafizə
tədbirləri", Gürcüstan Gəlirlər Xidmətinin
beynəlxalq əlaqələr idarəsinin rəisi Samson
Uridia "Gömrük islahatları: reallıqlar və
perspektivlər", Serbiya Gömrük Xidmətinin Avropa
İttifaqına inteqrasiya şöbəsinin rəisi Dijana
Djindjic "ÜGT-nin Çərçivə
Standartlarının Serbiyada həyata keçirilməsi -
SEED" mövzusunda məruzələr etmişlər.
İşgüzar atmosferdə keçən forumda İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin asanlaşdırılması və əlaqələrin genişləndirilməsi istiqamətində səmərəli müzakirələr aparılmışdır. Həmçinin İpək Yolu ölkələri arasında gömrük sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi məsələlərindən geniş bəhs edilmiş, "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASECA) imkanları və perspektivləri", "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşəbbüsləri", "Karvansara" layihəsi, "Ümumi tranzit", "İƏT ölkələrində nəqliyyat dəhlizi", "MARİƏ İnteqrəedilmiş ticarətin sadələşdirilməsi", "Magistral modeli təşəbbüsü" BANİ layihəsi, "İpək Yolu çərçivəsində biznes-hökumət dialoqunun inkişafı və perspektivləri" mövzularında məruzələri də dinlənilmişdir.
İki
gün davam edən forum Qəbələ Bəyannaməsinin qəbul
olunması ilə yekunlaşmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 16 noyabr.- S.5.