Alternativi olmayan siyasi kurs

 

Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir

 

Müstəqil Azərbaycan dövləti bu gün dünyada təkcə nəhəng neft-qaz diyarı kimi deyil, həm də sabitlik, dimamik inkişaf, demokratiya, yüksək tolerantlıq  məkanı kimi ad qazanlb. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə  siyasi, sosial-iqtisadi, mədəni, elm, təhsil, səhiyyə və digər sahələrdə, cəmiyyətimizin tam demokratikləşməsi istiqamətində qazanılan sanballı nailiyyətlər, bəşəriyyətin enerji təhlükəsizliyi məsələlərinə ölkəmizin layiqli töhfəsi və digər mühüm amillər Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib. Dövlət başçısının uğurlu daxilixarici siyasəti dünyanın aparıcı dövlət başçıları, nüfuzlu politoloqlar və iqtisadçılar, mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək dəyərləndirilir. Dünyanın nüfuzlu ictimai-siyasi xadimləri və politoloqları Azərbaycanın hərtərəfli inkişafını bu gün və yaxın gələcəkdə məhz cənab İlham Əliyevin liderliyi ilə davam etdirilə biləcəyini xüsusi vurğulayırlar.

Bu baxımdan 9 oktyabr 2013-cü il prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin və xalqımızın taleyində olduqca mühüm rol oynadı. Seçkilərdə xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutanregionda çox böyük nüfuza malik olan cənab İlham Əliyevin yenidən dövlətimizin başçısı seçilməsi müasir tariximizin keyfiyyətcə yeni mərhələsi olan son 10 ildə görülən işlərin, yürüdülən siyasi kursun xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsinin təsdiqidir. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxilixarici siyasi kursumuzda davamlı uğurlarla, nəhəng abadlıq və quruculuq işləri ilə dünyada analoqu olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb.

Prezident İlham Əliyev seçkiqabağı platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri ardıcıl olaraq yerinə yetirdiyi üçün seçicilər növbəti 5 ildə də taleyini məhz ona etibar etdilər "On il bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir". Cənab İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli nitqində söylədiyi bu sözlər müstəqil Azərbaycanın dünənini, bugününü və gələcək inkişaf strategiyasını müəyyənləşdirən strateji amillərdir. Həqiqətən də, təməli ulu öndərimiz tərəfindən qoyulmuşuzun illər ərzində qətiyyətlə reallaşdırılan müdrik siyasi kursun Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətlə uğurla davam etdirildiyininbu siyasətin Azərbaycana gətirdiyi möhtəşəm uğurların hamımız canlı şahidləriyik.

Azərbaycanın müasir tarixinin ən ümdə reallığı ulu öndərimizin yaratdığı sabitliyin, müəyyənləşdirdiyi siyasi kursun son 10 ildə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni məzmunda uğurla davaminkişaf etdirilməsidir. Azərbaycanın  taleyi və müstəqilliyimizin daha da möhkəmləndirilməsi baxımından əvəzsiz rola malik bu siyasi kurs özündə mükəmməl siyasi, sosiai-iqtisadi və mədəni inkişaf konsepsiyalarını birləşdirir. Odur ki, ölkəmizin on illik inkişafı əsrə bərabər ölçülür və əksər dövlətlərə nümunə göstərilir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadisosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir. Ölkəmiz bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır. Buna əyani misal olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, xüsusən də ikinci dəfə TŞ-yə sədrlik erməsini və dünyanın nəinki iqtisadi, eləcə də siyasi proseslərini qlobal çərçivədə müzakirə və təhlil edən Davos İqtisadi Forumunun bu il Bakıda keçirilməsini göstərmək olar.

Hər iki tarixi hadisə Azərbaycanın dünya üçün nə qədər böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə olduqca böyük önəm verib: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır". Davos Forumuna isə bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmişyaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində  mühüm rol oynayan dövlətlər dəvət alırlar. Bu baxımdan forumda Azərbaycana olan hədsiz maraq Cənubi Qafqazın hər hansı digər bir dövləti ilə müqayisəyə belə gəlmir.

Göründüyü kimi, Azərbaycan sürətlə inkişaf və tərəqqi edir, günbəgün müasirləşir, öz siyasiiqtisadi qüdrətini durmadan yüksəldir. Son 10 ildə büdcə xərclərimiz iyirmi dəfəyə yaxın artmış, valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır. Azərbaycan elə nadir ölkələrdəndir ki, dünya iqtisadi böhranı şəraitində belə heç bir dövlətdən və ya beynəlxalq təşkilatlardan maliyyə yardımı istəməyib, öz gücünə yaşayıb və inkişaf edib. Bunun başlıca səbəbi dövlətimizin yürütdüyü sosial-iqtisadi siyasət, aparılan uğurlu islahatlar və həyatımızın bütün sahə və istiqamətlərini əhatə edən genişmiqyaslı infrastruktur layihələridir. Bu  siyasət  məhz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir. Təsadüfi deyil ki, ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar həyata keçirilir, nəticədə şəhərlərimiz abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir. İqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilibdir. Azərbaycanda bütün sahələr üzrə inkişaf var. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan həm də kosmik dövlətə çevrilibdir.

Son on ildə neft-qaz sektorunda tarixi nailiyyətlər əldə edilmişdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi, demək olar ki, bölgənin enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Keçən il TANAP layihəsinə start verilməsi, bu il Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı əldə edilmiş razılaşmalar bundan sonrakı onilliklər ərzində Azərbaycanı çox vacib beynəlxalq enerji mərkəzinə çevirəcəkdir.

Bu, bir reallıqdır ki, ötən on il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili xarici siyasəti  dünyada gedən geosiyasi iqtisadi proseslər bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.

Hər bir dövlətin bu günü gələcəyi həm onun intellektual potensialından asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu sahənin inkişafına yatırılan investisayalar gələcəyimizin təminatıdır. Bu gün azərbaycanlı gənclərin dövlət hesabına xarici dövlətlərin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi məhz Heydər Əliyevin vaxtilə qoyduğu gözəl ənənənin uğurlu davamıdır. Təsadüfi deyil ki, xarici ölkələrin ali məktəblərində təhsil alanların əksəriyyəti Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət edir, ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verirlər.

Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl müntəzəm xarakter daşıyır. "Təhsil haqqında" qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əməkhaqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi inkişafına xidmət edən ümummilli hərəkata çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" mühüm əhəmiyətə malikdir. 

Dövlət başçısı xüsusi qeyd edir ki, respublikamızda "qara qızıl"ı insan qızılına, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünkü kimi sürətli pozitiv dəyişikliklərə uğramayıb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb. Hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq azadlıqlarının müdafiəsi kimi ülvi məqsədlərin reallaşması Azərbaycanda həyata keçirilən islahatların əsas mahiyyətini təşkil edir. "Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir.  Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir", - deyə dövlət başçısı vurğulamışdır. Neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi baxımından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər diqqəti xüsusi cəlb edir. 2007-2013-ci illərdə yüzlərlə istedadlı azərbaycanlı gənc dövlət hesabına dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.

Ölkəmiz son on il ərzində dinlərarası, millətlərarası münasibətlər baxımından da artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar dövlətimizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, xalqımızın həyat tərzidir, eyni zamanda, dövlətimizin siyasətidir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Hazırda Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir.  Bu yaxınlarda ölkəmizin paytaxtında keçirilən Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda qaldırılan məsələlərin əhatəliyi də bu reallığı təsiqləyir. Humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdir. Bu, onu göstərir ki, ölkəmizdə beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstərilir. Eyni zamanda, dünya Azərbaycanla yalnız enerji sahəsində deyil, həmçinin humanitar sahələrdə də sıx əməkdaşlıqda marağını ortaya qoyb.

Əminliklə demək olar ki, 9 oktyabr seçkiləri Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini, onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini birmənalı olaraq təsdiqlədi. Prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti  ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı  uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Çünki bu siyasi kursa Azərbaycanda alternativ yoxdur.

 

 

 

Rasim NƏBİYEV,

Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru,

 iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2013.- 16 noyabr.- S.6.