Ekologiya və təbii sərvətlər naziri Gəncədə vətəndaşları qəbul etmişdir

 

Noyabrın 15-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Gəncədə Gəncə, Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan sakinlərini qəbul etmiş, onların arzu və təkliflərini dinləmiş, bəzi şikayətlərin araşdırılaraq tədbir görülməsi  üçün tapşırıqlar vermişdir.

AzərTAc xəbər verir ki, nazirliyin tabeliyində olan idarə və qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, təbii sərvətlərin qorunması, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı müraciətləri dinləyən nazir Hüseynqulu Bağırov qaldırılan məsələlərin bəzilərini yerindəcə həll etmiş, nazirliyin strukturuna aid olmayan müraciətlərin isə müvafiq qurumlara çatdırılacağını bildirmişdir. Qəbulda 50 nəfərədək vətəndaş iştirak etmişdir.

 

Azərbaycan.-2013.- 16 noyabr.- S.7.