Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul etmişdir

 

Noyabrın 15-də təhsil naziri Mikayıl Cabbarov Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, AğdamFüzuli rayonlarından olan vətəndaşları, həmçinin bu rayonlarda məskunlaşmış məcburi köçkün sakinləri qəbul etmişdir.

AzərTAc xəbər verir ki, adları çəkilən rayonların təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda 70-dən çox vətəndaşın müraciətinə baxılmışdır. Vətəndaşlar əsasən işə götürülmə, müəllim yerdəyişmələri, xaricdə təhsil, təhsildə rastlaşdıqları nöqsanlar, təhsil haqqı və köçürmələrlə əlaqədar müraciətlər etmişlər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapmış, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 16 noyabr.- S.7.