«Dövlət rüsumu
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹12, maddə 740; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddələr 676, 698; 2005, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə 840, ¹11, maddə 939; 2011, ¹1, maddə 12, ¹4, maddələr 245, 264, ¹11, maddə 985, ¹12, maddə 1100; 2012, ¹1, maddə 4, ¹6, maddələr 508, 518, ¹7, maddə 646, ¹10, maddə 947, ¹12, maddələr 1216, 1227, 1229; 2013, ¹3, maddə 213, ¹5, maddə 474) 4.1-ci maddəsinə aşağıdakı məzmunda dördüncü bənd əlavə edilsin:
"Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına
xaricə getmək hüququ verən ümumvətəndaş
pasportlarının verilməsinə və ya dəyişdirilməsinə
görə ödənilən dövlət rüsumunun 20 faizi
müvafiq icra hakimiyyəti orqanının pasport və
qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının
("ASAN xidmət" mərkəzlərində fəaliyyət
göstərən işçilər istisna olmaqla) sosial
müdafiəsini gücləndirmək və maddi təminatını
yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba
köçürülür.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 17 noyabr.- S. 2.