Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12, I kitab, maddə 671; 2004,
¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, 652,
¹ 9,
maddə 841; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366) 165.1.2-ci maddəsində
"xaricdən alınan əvəzsiz maliyyə
yardımları (qrantlar)" sözləri "qrant
müqaviləsi (qərarı) əsasında xaricdən
alınan qrantlar" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 17 noyabr.- S. 2.