«Dövlət rüsumu
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə» Azərbaycan
Respublikasının 2013-cü il 22 oktyabr tarixli 763 IVQD
nömrəli qanununun tətbiqi və
«Dövlət rüsumu haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli
621 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 763-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 763-IVQD nömrəli qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 763-IVQD nömrəli qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin dördüncü bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.
4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798; 2012, ¹ 6, maddə 547) 2-ci hissəsinin yeddinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci bənd əlavə edilsin:
"həmin
qanunun 4.1-ci maddəsinin dördüncü bəndində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə
tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezident
Bakı şəhəri,
15 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 17 noyabr.- S.2.