Latviya Respublikasının Prezidenti
zati-aliləri cənab
Andris Berzinşə
Hörmətli cənab Prezident!
Əziz
Dostum!
Ölkənizin milli bayramı münasibətilə Sizə
və bütün xalqınıza Azərbaycan
xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirməkdən
məmnunluq duyuram.
Azərbaycan ilə Latviyanı ənənəvi dostluq və əməkdaşlıq
münasibətləri birləşdirir. Hazırda ikitərəfli
münasibətlərimiz bu
xoş ənənələr
əsasında inkişaf
edərək yeni məzmun kəsb etmişdir.
İnanıram ki, dostluq əlaqələrimizin
möhkəmlənməsi, qarşılıqlı etimad
və dəstəyə
əsaslanan əməkdaşlığımızın
dərinləşməsi istiqamətində
birgə səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə
möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Latviya xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 17 noyabr.- S.1.