Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi Sumqayıtda vətəndaşları
qəbul etmişdir
Dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə, vətəndaşların yerlərdə qəbulu cədvəlinə uyğun olaraq noyabrın 16-da Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul etmişdir.
Xidmətin şəhər idarəsinin inzibati binasında gün ərzində aparılan qəbul zamanı Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonunun sakinlərinin müraciətlərinə baxılmışdır.
AzərTAc xəbər verir ki, vətəndaşların müraciətləri daha çox Xidmətin Sumqayıt Şəhər İdarəsi və Abşeron Rayon Şöbəsində işə və ya həqiqi hərbi xidmətə qəbula, veteran adı və vəsiqəsinin verilməsinə, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri məsələlərində kömək göstərilməsinə dair olmuşdur.
Qəbul zamanı irəli sürülən bəzi
məsələlər yerindəcə həllini
tapmışdır. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülmüş və müvafiq araşdırmalardan sonra
cavablandırılacağı bildirilmişdir.
Eyni zamanda, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə
aid olmayan müraciətlər
aidiyyəti üzrə baxılması və müvafiq
qurumlara çatdırılması üçün qeydiyyata
alınmışdır.
Sakinlər
vətəndaşların qəbulunun təşkilindən və
yaradılmış şəraitdən razı
qaldıqlarını söyləmiş, göstərilən
diqqət və qayğıya görə Azərbaycan Prezidenti
İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2013.- 17 noyabr.- S.4.