Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul
etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq noyabrın 16-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Xaçmaz Regional Ədliyyə Şöbəsinin yeni istifadəyə verilmiş binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Gün
ərzində aparılmış qəbul zamanı ədliyyə
və məhkəmə fəaliyyəti, habelə digər
müxtəlif məsələlər ilə bağlı hər
bir vətəndaş diqqətlə dinlənilmiş,
müraciətlərdə qaldırılan məsələlərin
bir qismi elə yerindəcə öz həllini tapmış,
digər müraciətlər üzrə qəbulda iştirak
edən nazirliyin aidiyyəti məsul işçilərinə
dərhal tapşırıqlar verilmişdir. Eyni zamanda, ədliyyə və
məhkəmə fəaliyyətinə aid
olmayan digər məsələlərlə
bağlı müraciətlərə baxılmış,
onların araşdırılması üçün
aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur. Qəbulda əhaliyə
göstərilən diqqət və qayğıya, bölgələrdə
qəbulların silsilə xarakter
almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin, o
cümlədən yeni müasir
infrastrukturun yaradılmasına görə
xalqımızın böyük dəstəyi
ilə yenidən prezident seçilmiş
dövlət başçısı İlham
Əliyevə dərin minnətdarlıq ifadə olunmuşdur.
Azərbaycan.-2013.- 17 noyabr.- S.4.