Tatarıstan Respublikasının Prezidenti cənab Rüstəm Minnixanova
Hörmətli Rüstəm Nurqaliyeviç!
Kazan aeroportunda təyyarə
qəzası nəticəsində
çoxsaylı insan tələfatı haqqında
xəbər məni dərindən sarsıtmışdır. Həmin
qəzada Sizin
oğlunuz İrekin faciəli şəkildə
həlak olması haqqında xəbər məni çox kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına
dərin hüznlə
başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 19 noyabr.- S.1.