«Qolodomor» qurbanlarının xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Ukraynaya rəsmi səfəri

 

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qolodomor" qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.

Dövlət başçısı abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoydu, aclıq qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Prezident İlham Əliyev Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr etdi.

Azərbaycan Prezidentinə Ukrayna paytaxtında görülən işlər barədə məlumat verildi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.1.