«Naməlum əsgər» abidəsini ziyarət

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Ukraynaya rəsmi səfəri

 

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət etmişdir.

Abidənin qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev "Əbədi məşəl"in önünə əklil qoydu, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.

Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi dövlət başçısının qarşısından keçdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.1.