Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi
Noyabrın 18-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın
və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş
meydanda dövlətimizin başçısının şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Ukrayna Prezidenti Viktor Yanukoviç qarşıladı.
Fəxri
qarovul dəstəsinin
rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Prezident İlham Əliyev Ukrayna əsgərlərini
salamladı.
Azərbaycan nümayəndə heyəti
Prezident Viktor Yanukoviçə,
Ukraynanın dövlət
və hökumət nümayəndələri Prezident
İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından
keçdi.
AzərTAc
Azərbaycan.-2013.- 19 noyabr.- S.2.