Azərbaycan Prezidenti İlham Əliyevin və

 Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin Ukraynaya rəsmi səfəri

 

Noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Qarşılıqlı səfərlərin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırıldı.

Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olundu. 

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.2.