Azərbaycan Respublikası və Ukrayna Prezidentləri

 Şurasının dördüncü iclası olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Ukraynaya rəsmi səfəri

 

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası olmuşdur.

İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak etmişlər.

Ukrayna Prezidenti Viktor Yanukoviç və Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdilər.

Prezident Viktor YANUKOVİÇ dedi:

- Çox hörmətli İlham Heydər oğlu.

Hörmətli iclas iştirakçıları, həmkarlar, dostlar.

Biz sizinlə bu masa arxasında dəfələrlə görüşmüşük. Bizim onlarla birgə müxtəlif tədbirlərimiz olubbu gün növbəti dəfə Ukraynanın paytaxtı Kiyevdə toplaşmışıq. Bu, Prezident İlham Heydər oğlu Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Ukraynaya ilk səfəridir.

Çox hörmətli İlham Heydər oğlu, mən nümayəndə heyətimizin və Ukrayna xalqının adından Sizi prezident seçkilərindəki növbəti parlaq qələbəniz münasibətilə təbrik etmək istəyirəm. Əlbəttə ki, Sizə möhkəm cansağlığı, Sizdə həmişə olan ruh yüksəkliyi, yeni enerji, dost Azərbaycan xalqına sabitlik və tərəqqi arzulamaq istərdim.

Biz bu gün növbəti iclasımızı keçirərək bu iclası yüksək qiymətləndiririk. Biz Ukraynaya, Ukrayna xalqına olan hörmətə görə Azərbaycan Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu, bizə xoşdur. Çünki biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin vaxtları xatırlayırıq. Dostlar həmişə çətin anlarda tanınır. Biz Ukraynanın çox mürəkkəb vəziyyətdə olduğunu yaxşı xatırlayırıq və o zaman Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərilməsi qərarını qəbul etdi. Müstəsna şərait yaradıldı və neft verildi. Faktiki olaraq Siz o zaman energetikamızı, kənd təsərrüfatımızı xilas etdiniz. Bu, əlbəttə ki, unudulmur.

Bizim təklifimiz vardır. Biz İlham Heydər oğlu ilə məsləhətləşdik ki, komissiyaların həmsədrlərini dinləyək. Çünki bilirik ki, komissiya hazırlaşıb, məsələlər alt qruplar səviyyəsində işlənilib.

İlham Heydər oğlu, əgər etiraz etmirsinizsə mən sözü Sizə vermək istəyirəm.

 

* * *

 

Prezident İlham ƏLİYEV dedi:

- Çox sağ olun, çox hörmətli Viktor Fyodoroviç.

Əziz dostlar, əvvəlcə Viktor Fyodoroviç, məni yenidən Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Məni prezident seçkilərindəki qələbəm münasibətilə səmimi təbriklərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz telefonla zəng edib məni təbrik edən ilk şəxslərdən biri olmusunuz. Bu, münasibətlərimizin, əməkdaşlığımızın əlamətidir. Mən ölkələrimiz arasında əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verən münasibətlərimizi, dostluğumuzu çox yüksək qiymətləndirirəm. Ukrayna bizim üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir, etibarlı tərəfdaşdır. Sizin simanızda Ukrayna inkişafsabitlik dövrü yaşayır. Mənim Sizin dövlətinizin inkişafı üçün həyata keçirdiyiniz böyük planlardan xəbərim vardır. Əminəm ki, Sizin rəhbərliyinizlə Ukrayna bundan sonra da tərəqqi, suverenliyin möhkəmləndirilməsi, mühüm sosial infrastrukturiqtisadi məsələlərin həlli yolu ilə gedəcəkdir. Biz Sizin dostlarınız kimi buna çox sevinirik. Öz tərəfimizdən çalışırıq ki, münasibətlərimiz bundan sonra da dərin məzmun kəsb etsin.

Ölkələrimiz arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur. Komissiyaların növbəti və Prezidentlər Şurasının bugünkü iclası da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinin daha bir addımıdır. Həm siyasi, həm energetika, həm iqtisadi sahələrdə artıq yaxşı nəticələr və yaxşı perspektivlər vardır. Buna görə gələcək inkişaf yolumuzu müəyyənləşdirmək və artıq gördüyümüz işlərə yekun vurmaq üçün mən bugünkü Şurada həmsədrlərin məruzələrini, sonra isə yəqin ki, nazirlərin rəyini dinləmək barədə təklif olunan formatı müsbət hesab edirəm.

Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Dünən də, bu günbiz Sizinlə ikitərəfli, regional məsələlərlə bağlı ətraflı müzakirələr apardıq. Bir daha səmimi qəbula görə çox sağ olun.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.2.