Azərbaycan və Ukrayna prezidentlərinin təltif edilməsi mərasimi

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Ukraynaya rəsmi səfəri

 

Noyabrın 18-də Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasından sonra dövlət başçılarının təltif edilməsi mərasimi olmuşdur.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın "Azadlıq ordeni" ilə təltif olunması barədə Prezident Viktor Yanukoviçin Sərəncamı oxundu.

Ukrayna Prezidenti Viktor Yanukoviç "Azadlıq ordeni"ni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Sonra Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycan Respublikasının "Heydər Əliyev ordeni" ilə təltif olunması barədə Prezident İlham Əliyevin Sərəncamı oxundu.

Prezident İlham Əliyev "Heydər Əliyev ordeni"ni Prezident Viktor Yanukoviçə təqdim etdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.3.