Azərbaycan-Ukrayna sənədləri
imzalanmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyevin Ukraynaya rəsmi səfəri
Noyabrın 18-də Kiyevdə, Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin təltif edilməsi mərasimindən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor
Yanukoviç "Azərbaycan Respublikası və Ukrayna
Prezidentləri Şurasının dördüncü
iclasının Protokolu"nu imzaladılar.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı"nı imzaladılar.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Vasili Bertaş "Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş"i imzaladılar.
Azərbaycanın
Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna
Prezidentinin müşaviri - Ukrayna Prezidenti
Administrasiyasının Humanitar İnkişaf Məsələləri
Baş İdarəsinin rəhbəri Yuri Boqutski "Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət
Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq
Müqaviləsi"ni imzaladılar.
AzərTAc
Azərbaycan.-2013.- 19 noyabr.- S.3.