Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Ali Radasının

sədri Vladimir Rıbak ilə görüşü

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Ukraynaya rəsmi səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Ukrayna parlamentinin binasında Ali Radanın sədri Vladimir Rıbak ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrimizin inkişafındakı rolu vurğulandı. Azərbaycan ilə Ukraynanın beynəlxalq təşkilatlarda, o cümlədən beynəlxalq parlament qurumlarında birgə uğurlu əməkdaşlığının həyata keçirilməsindən məmnunluğun ifadə edildiyi görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.4.