"Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qƏrar

 

¹ 320                         Bakı şəhəri, 5 noyabr 2013-cü il

 

 

 

"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi  Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 19 noyabr.- S.6.

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi QAYDASI

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1. Bu QaydaSosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci  maddəsinə əsasən hazırlanmışdır və çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət  sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydasını müəyyən edir.

 

1.2. Dövlət sosial xidmət müəssisəsi dedikdə, stasionar sosial xidmət müəssisəsi nəzərdə tutulur.

 

1.3. Bu QaydaSosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci və 7.1-ci maddələrinə uyğun olaraq, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara, baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə, insan alverinin qurbanlarına və məişət zorakılığından zərər çəkənlərə şamil olunur.

 

1.4. Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) (bundan sonra - şəxslər) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi şəxslərin hüquq və azadlıqlarına riayət olunması, şərəf və ləyaqətinə hörmət, tolerantlıq, diskriminasiyayastiqmatizasiyaya yol verilməməsi, bərabər imkanların təmin edilməsi, humanizm və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.

 

 

 

2.    Sosial xidmət müəssisələrinə yerləşdirilmə qaydaları

 

 

2.1. Valideynlərini itirmişya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə

 

2.1.1. Valideynlərini itirmişya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrinə (dövlət uşaq müəssisəsinə) yerləşdirilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 

2.1.1.1. uşağın şəxsiyyətini təsdiq edən sənəd;

 

2.1.1.2. valideynin  (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (nikahdankənar doğulduğu təqdirdə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsindən  müvafiq arayış);

 

2.1.1.3. valideyn (valideynlər) vəfat etmişdirsə, ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı;

 

2.1.1.4.                   uşağın yaşayış yerindən qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

 

2.1.1.5.                   valideynin (valideynlərin) daşınmaz əmlakına mülkiyyət hüququnu təsdiq edən sənədin surəti.

 

2.1.2.  Uşağın valideyn himayəsindən məhrum olması səbəblərindən asılı olaraq, aşağıdakı sənədlər ərizəyə əlavə olunur:

 

2.1.2.1. valideynlər boşanmışdırsa - nikahın pozulması haqqında  şəhadətnamənin surəti və valideynin razılığı;

 

2.1.2.2. valideynlərdən birininya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin müvafiq qətnaməsi;

 

2.1.2.3. valideynin (valideynlərin) əlilliyi varsa, bunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK) müayinə aktından çıxarış.

 

2.1.3. Müraciətə daxil olduqdan 10 (on) günü müddətində “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarında baxılır, sonra Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclasının protokolundan çıxarış yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rəsmiləşdirilərək, uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

2.2. Sağlamlıq imkanları məhdud uşaqlar üzrə

 

2.2.1.           Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üzrə

 

2.2.1.1. Sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunmayan uşaqların  (bundan sonra - uşaqlar) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin  şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 

2.2.1.1.1. uşağın şəxsiyyətini təsdiq edən sənəd;

 

2.2.1.1.2. uşağın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən  TSEK-in müayinə aktından çıxarış;

 

2.2.1.1.3. yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;

 

2.2.1.1.4. uşağın yaşayış yerindən qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

 

2.2.1.1.5.  3 x 4  ölçüdə 2 ədəd fotoşəkil.

 

2.2.1.2. Sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə ərizə daxil olduğu gündən 5 (beş) günü müddətində uşaqların sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Ərizənin daxil olduğu gündən 10 (on) günü müddətində uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə göndərilir.

 

2.2.1.3. Hesabata təqdim olunmuş sənədlərlə birlikdə baxılaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

2.2.2. Təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlar üzrə 

 

2.2.2.1. Sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunan uşaqların (bundan sonra - uşaqlar) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yaşadığı ərazi üzrə rayon (şəhər) Psixoloji-tibbi-pedaqoji komissiyaya  (bundan sonra - komissiya) ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 

2.2.2.1.1. uşağın şəxsiyyətini təsdiq edən sənəd;

 

2.2.2.1.2. yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;

 

2.2.2.1.3. uşağın yaşayış yerindən qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

 

2.2.2.1.4.   3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

 

2.2.2.2. Komissiyada sosial xidmət müəssisəsinə yerləşdirilmə barədə ərizəyə daxil olduğu gündən 5 (beş) günü müddətində baxılır.

 

2.2.2.3. Ərizənin daxil olduğu gündən 10 (on) günü müddətində uşaqların psixoloji-tibbi-pedaqoji müayinəsi aparılır, inkişaf  xüsusiyyətləri aşkarlanmaqla diaqnozu müəyyənləşdirilir və uşaqların xüsusi təhsilə olan tələbatı qiymətləndirilərək “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq  komissiyanın qərarı və ərizəyə əlavə olunmuş sənədlər xüsusi təhsil müəssisəsinə göndərilir.

 

2.3. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə

 

2.3.1. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların (bundan sonra - yetkinlik yaşına çatmayanlar) dövlət sosial xidmət müəssisələrinə (sosial sığınacaq) yerləşdirilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Təminat Xidməti tərəfindən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq aşağıda qeyd olunan sənədlər əsasında baxılır:

 

2.3.1.1. yetkinlik yaşına çatmayanın yazılı və ya şifahi müraciəti;

 

2.3.1.2. yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri;

 

2.3.1.3. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti;

 

2.3.1.4. sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı.

 

2.3.2.        Müraciət daxil olduqdan 3 (üç) günü ərzində, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq, yetkinlik yaşına çatmayanın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi məqsədi ilə daxili işlər orqanına,  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya və digər aidiyyəti qurumlara sorğu göndərilir, sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə səhiyyə idarə və müəssisələrinə müraciət edilir.

 

2.3.3. Sorğuda tələb olunan məlumatlar göstərilməklə, 5 (beş) günü müddətində həmin qurumlar tərəfindən sorğuya cavab verilir.

 

2.3.4.  Sorğu göndərilən qurumlarda zəruri məlumatlar olmadıqda, uşağın yaşının və şəxsiyyətinin müəyyən olunması üçün məhkəməyə müraciət edilir.

 

2.3.5.  Qeyd olunan sənədlərə daxil olduğu gündən 10 (on) günü müddətində baxılaraq, uşağın sosial sığınacağa daimi yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

2.3.6. Hüquq pozuntusu törədən uşağı saxlayan polis orqanı, onun valideynlərini bu barədə məlumatlandırmaqla, yerli icra hakimiyyəti orqanına müraciət edir.

 

2.3.7. Müraciətə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın iclasında baxıldıqdan sonra xüsusi pedaqoji yanaşma tələb olunan 8 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan (14 yaşınadək uşaqların valideynlərinin, 14 yaşından yuxarı olan yeniyetmələrin şəxsi razılığı tələb olunur), böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayan, daim qanunazidd davranışlı, təhsildən yayınan, valideynlərlə ünsiyyətdə çətinlik çəkən,  valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayan, müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan uşaqların açıqtipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi ilə bağlı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın iclasının protokolundan çıxarış yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rəsmiləşdirilir və uşağın şəxsiyyəti, sağlamlığı, təhsili və ailə vəziyyətinə dair sənədlərlə birlikdə 10 (on) gün müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilir.

 

2.3.8. Sənədlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılaraq, hüquq pozuntusu törədən uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə 5 (beş) günü müddətində göndəriş qəbul edilir.

 

2.3.9. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən 11 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır.

 

2.3.10. Müəssisəyə yerləşdirilmə ilə bağlı məhkəmənin  qanuni qüvvəyə minmiş qərarı uşağın şəxsiyyəti, sağlamlığı, təhsili və ailə vəziyyətinə dair sənədlərlə birlikdə yerli icra hakimiyyəti tərəfindən 10 (on) gün müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilir.

 

2.3.11. Müəssisəyə  yerləşdirilmə ilə bağlı məhkəmənin  qanuni qüvvəyə minmiş qərarına təqdim olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılaraq, 5 (beş) gün müddətində hüquq pozuntusu törədən uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

2.4. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə                                              

 

2.4.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmələri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə (burada həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının - doğmaögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 

2.4.1.1. şəxsiyyəti təsdiq edən sənəd;

 

2.4.1.2. yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

 

2.4.1.3. şəxsin əlilliyini təsdiq edən TSEK-in müayinə aktından çıxarış;

 

2.4.1.4. şəxsin yaşayış yerindən qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

 

2.4.1.5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

 

2.4.2. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özlərinin əsas həyati tələbatlarını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərin sənədlərinə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və  onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya  qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri əlavə olunur.

 

2.4.3. Sosial xidmət müəssisəsinə yerləşdirilmə barədə ərizə daxil olduğu gündən 5 (beş) günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Ərizənin daxil olduğu gündən 10 (on) günü müddətində şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi tərəfindən qiymətləndirilir və  hesabat hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə göndərilir.

 

2.4.4. Hesabata təqdim olunmuş sənədlərlə birlikdə baxılaraq, 5 (beş)  günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

2.5. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə

 

2.5.1. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər  dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmələri üçün yerli səhiyyə idarə və müəssisələrinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 

2.5.1.1. şəxsiyyəti təsdiq edən sənəd;

 

2.5.1.2. ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış;

 

2.5.1.3. şəxsin yaşayış yerindən qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

 

2.5.1.4. 3 x 4  ölçüdə 2 ədəd fotoşəkil.

 

2.5.2. Sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə müraciət ərizəsi daxil olduğu gündən 5 (beş) günü müddətində şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı sosial işçi (həkim) tərəfindən qiymətləndirilərək, ərazi üzrə səhiyyə müəssisəsi tərəfindən sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edilir.

 

2.6. İnsan alveri qurbanları üzrə

 

2.6.1. İnsan alveri qurbanlarının dövlət sosial xidmət müəssisəsinə (sığınacağa) yerləşdirilməsi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmişİnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na və 2009-cu il 19 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmişİnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda  yerləşdirilməsi və saxlanılması Qaydaları”na müvafiq olaraq tənzimlənir.

 

2.7.  Məişət zorakılığından zərər çəkənlər üzrə

 

2.7.1. Məişət zorakılığından zərər çəkən şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər bu barədə yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət etməlidirlər.

 

2.7.2. Məişət  zorakılığından  zərər  çəkənlərə yardım mərkəzinin (bundan sonra - yardım mərkəzi) sosial işçisi (psixoloqu) yerli icra hakimiyyəti orqanına və ya polis orqanına dəvət edilir, şəxslə söhbət nəticəsində onun məişət zorakılığına məruz qalması faktı təsdiqlənərək müvafiq akt tərtib edilir və şəxs yardım mərkəzinə müşayiət edilir.

 

2.7.3. Məişət zorakılığından zərər çəkən şəxslər yardım mərkəzlərinə birbaşa müraciət etdikdə yerli icra hakimiyyəti orqanının və ya şəhər, rayon polis orqanının əməkdaşı yardım mərkəzinə dəvət edilir.

 

2.7.4. Yardım mərkəzində qısamüddətli (3 gün) ilkin reabilitasiya xidmətindən sonra müvafiq akt tərtib edilir və şəxsin istəyinə və sosial işçinin hazırladığı fərdi planına uyğun olaraq sığınacağa qəbul edilir.

 

Qeyd.  Şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsindən imtina edildikdə, imtina barədə qərar 3 (üç) günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli ərizəçiyə qaytarılır.

 

 

 

3. Sosial xidmət müəssisəsinə yerləşdirilən çətin həyat şəraitində olan şəxslərin (ailələrin) hüquqları

 

 

 

3.1. Sosial xidmət müəssisəsinə yerləşdirilən çətin həyat şəraitində olan şəxslərin (ailələrin)  aşağıdakı hüquqları vardır:

 

3.1.1. sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;

 

3.1.2. sosial xidmətə olan tələbatın müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək;

 

3.1.3. sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla, sosial xidmət göstərən müəssisəni seçmək (hüquq pozuntusu törədən uşaqlar istisna olmaqla);

 

3.1.4. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;

 

3.1.5. sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;

 

3.1.6. sosial xidmət müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;

 

3.1.7. sosial xidmət müəssisələrində daxili intizam qaydalarını pozmamaq şərtilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;

 

3.1.8. kütləvi informasiya vasitələri ilə təmin olunmaq;

 

3.1.9. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək.