"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad  olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 324                   Bakı şəhəri, 8 noyabr 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 55, ¹ 4, maddə 378, ¹ 10, maddə 980; 2006, ¹ 2, maddə 180, ¹ 4, maddə 367, ¹ 7, maddə 652; 2007, ¹ 6, maddə 700, ¹ 7, maddə 743, ¹12, maddə 1355; 2008, ¹ 4, maddə 325, ¹ 7, maddələr 672, 687, ¹ 11, maddə 1036; 2009,  ¹ 1, maddə 25, ¹ 4, maddə 291, ¹ 9, maddələr 742, 744, ¹ 12, maddə 1071; 2010, ¹ 4, maddə 356, ¹ 7, maddə 706, ¹ 12, maddələr 1113, 1114; 2011,  ¹ 1, maddə 68, ¹ 4, maddə 374, ¹ 8, maddə 775; 2012, ¹ 1, maddə 38, ¹ 7, maddə 780, ¹ 9, maddə 936, ¹ 10, maddə 1019 ) 1.8-ci və 1.15-ci bəndləri ləğv edilsin.

 

2. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 19 noyabr.- S.6.