"Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
"Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri haqqında"
1998-ci il 22 aprel tarixli 91 nömrəli və "Azərbaycan
Respublikasının ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında"
2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 325 Bakı şəhəri,
13 noyabr 2013-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə
gömrük rüsumlarının dərəcələri
haqqında" 1998-ci il 22 aprel tarixli 91 nömrəli və
"Azərbaycan Respublikasının ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11
nömrəli qərarlarına əlavələr edilməsi
barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 25 yanvar tarixli 17 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1,
maddə 68) 3-cü hissəsində "üç"
sözü "altı" sözü ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 19 noyabr.- S.6.