Mədəniyyət və turizm
naziri Şirvanda vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şirvan şəhərindəki Mədəniyyət evində Şirvan şəhər, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti əsasən yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, yeni musiqi məktəblərinin və klubların açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması və sair məsələlərlə bağlı olmuşdur.
Gün ərzində aparılan səyyar qəbul zamanı nazir Əbülfəs Qarayev hər bir vətəndaşın müraciətini diqqətlə araşdırmış və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq şöbələrə tapşırıqlarını vermişdir.
Qəbul
zamanı qaldırılan məsələlərin bir
çoxu yerindəcə həll olunmuş, nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlərlə bağlı müraciətlər
isə qeydə alınaraq aidiyyəti orqanlara
çatdırılmaq üçün nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2013.- 19 noyabr.- S.9.