«Azərbaycan Respublikası Hökuməti
və Rusiya Federasiyası Hökuməti
arasında Azərbaycan-Rusiya dövlət sərhədindən
«Samur» (Azərbaycan Respublikası) – «Yaraq Qazmalar» (Rusiya Federasiyası) buraxılış məntəqələri
ərazisində Samur çayı üzərindən
avtomobil körpüsünün
tikintisi haqqında» Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və Rusiya Federasiyası
Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən
"Samur" (Azərbaycan Respublikası) -
"Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış
məntəqələri ərazisində Samur çayı
üzərindən avtomobil körpüsünün tikintisi
haqqında" 2013-cü il avqustun 13-də Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 20 noyabr.- S. 2.