«Ekstradisiya haqqında»
Avropa Konvensiyasının
Üçüncü Əlavə
Protokoluna qoşulmaq barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikası "Ekstradisiya haqqında" Avropa
Konvensiyasının 2010-cu il noyabrın 10-da Strasburq şəhərində
imzalanmış Üçüncü Əlavə Protokoluna
Azərbaycan Respublikasının ona dair bəyanatları ilə
(bəyanatların mətni əlavə olunur) qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 20 noyabr.- S. 2.