«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanunununbu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir.

2. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunununbu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə 1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə 972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226; 2010, ¹7, maddə 610; 2011, ¹7, maddə 631; 2013, ¹ 7, maddə 805) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə "(hər iki halda)," sözlərindən sonra "13.2.52-ci, 13.2.53-cü," sözləri, "30.4-cü," sözlərindən sonra "67-1.3-cü," sözləri əlavə edilsin;

2.2. 1.22-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.23-cü bənd əlavə edilsin:

"1.23. həmin Məcəllənin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 20 noyabr.- S.2.