Prezident İlham
Əliyevin və Prezident Haynts
Fişerin görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Avstriyaya işgüzar səfəri
Noyabrın 19-da Vyanada, "Hofburq" Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişer ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirildi.
Söhbət
zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 20 noyabr.- S.1.