Şəhidlərin xatirəsinə ehtiram
Belarus Prezidenti
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 20-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Burada Belarus Respublikasının Prezidenti şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Prezident Aleksandr Lukaşenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Belarus
Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan
paytaxtının mənzərəsini seyr etdi.
AzərTAc
Azərbaycan.-2013.- 21 noyabr.- S.2.