Prezident İlham
Əliyev Böyük Britaniya
Parlamentinin üzvü,
Baş nazirin Azərbaycan,
Qazaxıstan və Türkmənistanda ticarət məsələləri
üzrə elçisini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul etmişdir.
Çarlz Hendri yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi. O, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini məmnunluqla bildirdi.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət
başçısı Devid Kemeronun salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Böyük Britaniyanın Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2013.- 21 noyabr.- S.3.