M.X.Allahverdiyevə «Əməkdar tibb işçisi» fəxri
adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin tibb xidmətində uzun
müddət işlədiyinə və yüksək peşəkarlıq
göstərdiyinə görə Mehman Xıdır oğlu
Allahverdiyevə "Əməkdar tibb işçisi" fəxri
adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 21 noyabr.- S.3.