ABŞ Dövlət Departamentinin
mətbuat katibi Cen Psaki Azərbaycan və Ermənistan liderlərinin
görüşü barədə bəyanatla
çıxış etmişdir
ABŞ Dövlət Departamenti Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada Ermənistan Prezidenti Serj Sarkisyanla görüşməsi barədə bəyanat vermişdir. Bəyanatda deyilir ki, ABŞ bu dövlət başçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə Vyanada görüşünü alqışlayır, Ermənistan ilə Azərbaycanın ilk addımlarını, habelə danışıqların sonrakı aylarda davam etdirilməsinə dair əldə olunmuş razılaşmanı bəyənir.
Son
iki ildə ilk dəfə keçirilən bu
görüş dialoqun bərpa
olunması istiqamətində
mühüm addımdır və liderlərin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar
olduqlarını nümayiş etdirir. Bəyanatda deyilir:
"ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya və
Fransa ilə bərabər hər iki prezidentə müraciət
edərək bu iki xalqın
böyük itkilər verməsinə səbəb olmuş
münaqişənin həll olunması üçün
onları fəal əməkdaşlığa
çağırır".
Azərbaycan.-2013.- 21 noyabr.- S.7.