2016-2019-cu illərdə xəbər agentliklərinin

Dünya Konqresinə AzərTAc sədrlik edəcəkdir

 

2016-2019-cu illərdə xəbər agentliklərinin Dünya Konqresinə AzərTAc sədrlik edəcəkdir.

Bu barədə qərar noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, "Sky-Nyus Arabia", "Los-Anceles Tayms", "Guardian", BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, "Google", "Yahoo" internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri xəbər agentliklərinin IV Konqresində qəbul olunmuşdur.

Xəbər agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcəkdir. Bu tədbirdə xəbər agentliklərinin Dünya Konqresinə 2016-2019-cu illərdə sədrlik AzərTAc-a keçəcəkdir.

Xəbər agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres şəhərlərində keçirilmişdir.

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.9.