Azərbaycan Barselonada
keçirilən beynəlxalq turizm sərgisində
iştirak edir
İspaniyanın Barselona şəhərində keçirilən "EİBTM-2013" beynəlxalq turizm sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın
ilk dəfə iştirak etdiyi sərgidə ölkəmizin
turizm potensialı 51 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri,
mədəni-tarixi abidələri, mehmanxana
və turizm obyektləri ingilis
və ispan dillərində
hazırlanmış xüsusi reklam çap məhsulları
vasitəsilə təbliğ edilir.
Noyabrın 21-də yekunlaşacaq sərgiyə
müxtəlif ölkələrdən 3 mindən çox şirkət
qatılmışdır.
Azərbaycan.-2013.- 21 noyabr.- S.10.