«Niaqara beynəlxalq artisti»
Şimali Amerikada keçirilən beynəlxalq musiqi festivalında Bakı Musiqi Akademiyasının məzunu, məşhur bəstəkar Arif Məlikovun tələbəsi gənc bəstəkar Kərəm Əkbərov "Qəbələ" simfonik əsərini, ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Qəhrəmanlıq" simfoniyasını təqdim edib. Kanadada keçirilən bu nüfuzlu festivalda gənc bəstəkarın əsərlərinə əməkdar incəsənət xadimi İsmayıl Hacıyev dirijorluq edib. Beynəlxalq Niaqara festivalının musiqi rəhbəri Atis Bankas azərbaycanlı bəstəkarın əsərini çox bəyənib. Elə bu səbəbdən də gənc bəstəkar bu ölkənin ən yüksək tituluna "Niaqara beynəlxalq artisti" fəxri adına layiq görülüb.
Azərbaycan
musiqiçilərinin xarici ölkələrdə keçirilən
müsabiqə və festivallarda uğur qazanması sübut
edir ki, qarşıdan gələn I Qitələrarası musiqi
festivalında da qələbəmiz şəksizdir.
Azərbaycan.-2013.- 21 noyabr.- S.11.