Azərbaycanlı rejissor Rusiyada

 

Azərbaycanlı rejissor İradə Gözəlova Rusiyanın İjevsk şəhərində keçirilən gənc rejissorların toplantısında iştirak edibiki mərhələdən ibarət müsabiqədə qalib olub. Bu müsabiqəni keçirməkdə məqsəd dahi ingilis dramaturqu Şekspri yad etmək olub. Dünyanın müxtəlif ölkələrindən teatr təmsilçilərinin qatıldığı bu tədbirdə azərbaycanlı rejissorun əsərinin qalib gəlməsi olduqca sevindiricidir. İradə Gözəlovanın hazırladığı "Şıltaq qızın yumşalması" tamaşası peşəkar teatr tənqidçilərindən, rejissorlarından ibarət münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldü. Azərbaycanlı rejissorun quruluş verdiyi əsər İjevsk Rus Dram Teatrı aktyorlarının iştirakı ilə təqdim olunub. Maraqlısı da odur ki, tamaşada iştirak edən aktyorların əksəriyyəti Rusiyanın xalq artistləri olub.

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.11.