Ali qonağın şərəfinə

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri

 

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları naharda çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli Aleksandr Qriqoryeviç!

Hörmətli qonaqlar, əziz dostlar!

Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istərdim. Sizin səfəriniz bizim dostluq münasibətlərinin inkişafında böyük əhəmiyyətə malikdir. Dünən bu gün biz bu barədə çox danışmışıq əminəm ki, nümayəndə heyətlərinin üzvləri fəal ünsiyyət saxlayıblar. Hesab edirəm ki, biz münasibətlərimizin dinamikasını nəticələrini tamamilə eyni cür qiymətləndiririk. Mən 2006-cı ildə Belarusa ilk rəsmi səfərimi, sonra 2007-ci ildə Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Mətbuat konfransında Sizin qeyd etdiyiniz kimi, o vaxtdan biz ən azı ildə bir dəfə görüşürük. MDB sammitlərində iştirakımızı da nəzərə alsaq daha tez-tez görüşürük. Yeri gəlmişkən, lap yaxın vaxtlarda mən yenə Minskdə oldum. Aleksandr Qriqoryeviçə demişəm, MDB sammitinin gözəl təşkilinə, sammitin yaxşı nəticələrinə görə Belarusu bu tərkibdə bir daha təbrik etmək istərdim.

Prezident İlham Əliyev müstəqilliyin ilk dövrlərində Belarusun bəzi çətinliklərlə qarşılaşmasına baxmayaraq, uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu qeyd edərək dedi:

- Biz məsələləri məhz qarşılıqlı rəğbət, qarşılıqlı dəstək əlbəttə, qarşılıqlı maraqlar nəzərə alınmaqla həll edirik. Təsadüfi deyildir ki, ölkələrimiz həmişə, bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləyir həmrəylik nümayiş etdirirlər. Fikrimcə, bu da bizim qarşılıqlı münasibətlərin, qarşılıqlı hörmətin göstəricisidir. Əlbəttə, bu münasibətlər sayəsində biz artıq bu gün gələcək haqqında fikirləşirik. Son bir neçə ildə münasibətlərimizin dinamikası, mənim fikrimcə, ümumiyyətlə, ölkələrimiz, dövlətlərimiz arasında münasibətlərin tarixində xüsusi yer tutur.

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonun bu səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bildirdi:

- Səfərin yekunlarını, imzalanmış sənədləri, əldə etdiyimiz razılaşmaları, növbəti görüşə qədər həyata keçirəcəyimiz tədbirləri çox müsbət qiymətləndirirəm. Ümidvaram ki, gələn il komissiyanın həmsədrləri bizə yeni uğurlar barədə məruzə edəcəklər. Əminəm ki, onlar hesabat verəcəklər ki, prezidentlərin tapşırığı hətta vaxtından əvvəl yerinə yetirilmişdir, bizim münasibətlərin bir sıra istiqamətləri üzrə olduğu kimi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrdə olduğu kimi, dünyada baş verən bir çox proseslərlə bağlı hər iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü məmnunluqla qeyd etdi.

 

* * *

 

Prezident Aleksandr LUKAŞENKO Azərbaycanda bütün sahələrdə əldə edilən uğurların Belarus Respublikasında məmnunluq hissi yaratdığını söylədi. O, budəfəki səfəri zamanı Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirərək dedi:

 

- Bizim dünənki tədbirlər axşam vaxtı keçirildi. Biz axşam Bakısını, gecə Bakısını gördük. Bunlar Sizin öz torpağınızda yaratdıqlarınızı çox gözəl təcəssüm etdirir.

 

Belarus Prezidenti ölkəsində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük marağın olduğunu xüsusi vurğulayaraq bildirdi:

- Biz əməkdaşlığı hökmən inkişaf etdirəcəyik. Mən çox istəyirəm ki, qısa müddətdən sonra deyə bilək ki, biz əmtəə dövriyyəsini,  müştərək layihələrin sayını ikiqat artırmışıq əməkdaşlığımızın istiqamətləri çoxalmışdır.

Belarus dövlətinin başçısı Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsini Azərbaycan xalqının həyatında uğurlu hadisə kimi dəyərləndirərək dedi:

- Müəyyən müddətdən sonra xalq Sizə misilsiz etimad göstərmişdir. Bu gün artıq heç kəs şübhə etmir ki, mənim fikrimcə, nəinki Azərbaycanın daxilində, hətta bütün dünyada hər bir normal adam deyərdi: Bəli, Azərbaycan xalqının qüdrətli lideri vardır.

 

 AzərTAc

Azərbaycan.-2013.- 21 noyabr.- S.3.