Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında» Əsasnamədə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 136; 2001, ¹ 11, maddə 669; 2002, ¹ 6, maddə 328; 2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 8, maddə 701, ¹ 10, maddə 886; 2009, ¹ 4, maddə 211, ¹ 7, maddə 519; 2011, ¹ 12, maddə 1087; 2012, ¹ 2, maddə 49; 2013, ¹ 3, maddə 231) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

1. 22-ci maddədə "həbsəalma qətimkan tədbiri" sözləri "həbs və ona alternativ qətimkan tədbirləri" sözləri ilə əvəz edilsin.

2. 3 saylı Əlavənin yuxarı sağ küncündən "və əcnəbilərin" sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 22 noyabr.- S. 3.