«Azərbaycan Respublikasını təmsil
edən Azərbaycan Respublikası Hökuməti və Avropa İnvestisiya
Bankı arasında AİB-in Azərbaycan
Respublikasındakı fəaliyyətini tənzimləyən
Çərçivə Sazişi»nin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2013-cü
il avqustun 29-da Brüssel şəhərində
imzalanmış "Azərbaycan Respublikasını təmsil
edən Azərbaycan Respublikası Hökuməti və Avropa
İnvestisiya Bankı arasında AİB-in Azərbaycan
Respublikasındakı fəaliyyətini tənzimləyən
Çərçivə Sazişi" təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 22 noyabr.- S. 3.