Livan Respublikasının Prezidenti zati-aliləri cənab Mişel Süleymana
Hörmətli cənab Prezident!
Livan Respublikasının
milli bayramı - Müstəqillik günü
münasibətilə Sizi
və xalqınızı
Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Livan arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı
yolunda birgə səylərimizi bundan sonra da davam
etdirəcəyik.
Sizə
ən xoş arzularımı yetirir,
dost Livan xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 22 noyabr.- S.4.