Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xalqınızın Sizin müdrik siyasətinizə inamının sübutudur. Seçkilərdə inamlı qələbəniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, Azərbaycan ilə Honduras arasında əlaqələrin inkişafı, Asiya ilə Avropanın qovuşduğu strateji məkanda yerləşən ölkənizin beynəlxalq siyasətdə oynadığı layiqli rol bizi olduqca məmnun edir.

Əminəm ki, münasibətlərimiz daha da inkişaf edəcəkdir. Fürsətdən istifadə edərək Zati-alinizə uğurlar, Azərbaycan Respublikasına tərəqqi və rifah diləyirəm.

Hörmətlə,

 

 

Porfirio Lobo SOSA,

Honduras Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  22 noyabr.- S. 4.