Bakıda Azərbaycan-Niderland biznes forumu keçirildi

 

Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalibin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində noyabrın 21-də Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir.

İqtisadiyyat Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən gəmiqayırma, sənaye, konsaltinq loqistika sahələrində fəaliyyət göstərən 50-yə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.

İqtisadiyyat Sənaye Nazirliyinin aparat rəhbəri Samir Vəliyev Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. O, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirmişdir.

Vurğulanmışdır ki, Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanmışdır. Ölkələrimiz arasında ticarət iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Niderland sərmayəli şirkətlər uğurla fəaliyyət göstərirlər.

Samir Vəliyev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes investisiya mühiti yaradılmışdır. Bundan əlavə, mühüm coğrafi mövqedə yerləşən Azərbaycan geniş tranzit imkanlarına malikdir. Aparat rəhbəri Niderland şirkətlərinin bu imkanlardan yararlana biləcəklərini qeyd etmiş, biznes forumların, işgüzar görüşlərin sahibkarların iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.

Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib rəhbərlik etdiyi şəhərin əsas sahələri barədə danışmışdır. Azərbaycanlı sahibkarları Rotterdamın adamları ilə fəal əməkdaşlığa dəvət edən Ə.Əbutalib Niderlandın biznes investisiya imkanları barədə təqdimatla çıxış etmişdir.

Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov Niderlandın İxracın Təşviqi Şurasının Mərkəzi Şərqi Avropa üzrə regional meneceri xanım Villemiek Evertsin biznes investisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.

Sonra Niderland şirkətlərinin təqdimatları dinlənilmiş, Rotterdam şəhərinə dair videoçarx nümayiş olunmuş, adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  22 noyabr.- S. 8.