Xalq sənətinin gələcək
nəsillərə ötürülməsində
dövlət
qayğısı mühüm rol oynayır
Bu il
Zaqatala ölkəmizin
folklor paytaxtıdır
Başa
çatmaqda olan
2013-cü il Zaqatalanın həyatında
çox əlamətdar
olub. Ölkə Prezidenti İlham Əliyevin rayonumuza unudulmaz səfəri, görülən işlərlə,
gerçəkləşdirilən sosial-iqtisadi layihələrin
icra vəziyyəti ilə yerində tanış olması, həyata keçirilən
tədbirlərin daha uğurlu davamı üçün öz xeyir-duasını, tövsiyə
və tapşırıqlarını
verməsi, tikintisi başa çatan bir çox obyektin istifadəyə verilməsi, həmçinin
digər abadlıq-quruculuq
işləri də bu ilin əlamətdar
hadisələrindəndir.
2013-cü ilin 9 oktyabrında
rayonumuzun seçiciləri
də mütəşəkkil
qaydada prezident seçkilərində iştirak
edərək cənab
İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməyinə
səs verdilər. Hər bir
zaqatalalı yaxşı
bilir ki, qazanılan uğurların
davamı, ölkəmizin,
rayonumuzun daha da inkişaf etməsi düzgün seçimlə bağlıdır.
2013-cü
ildə zəngin folkloru, bayatı və laylaları, qocaman el sənətkarları,
tətbiqi sənət
ustaları ilə tanınan Zaqatala respublika Mədəniyyət
və Turizm Nazirliyinin "2010-2014-cü illər
üçün xalq yaradıcılığı paytaxtları"
proqramı çərçivəsində
"Azərbaycanın folklor
paytaxtı" seçildi.
İl başlayandan rayon mədəniyyət
və turizm şöbəsinin tədbirlər
planına uyğun olaraq təntənəli mərasimlər, elmi-praktik
konfranslar, eləcə
də müxtəlif tədbirlər keçirildi,
əl işləri və rəsm əsərlərindən ibarət
sərgilər təşkil
edildi.
Bu il görülən işlər sırasında
Zaqatala Tarix Mədəniyyət Qoruğunun
inzibati binasının
əsaslı təmirdən
sonra istifadəyə verilməsini, rayon mədəniyyət
və turizm şöbəsinin də həmin binaya köçməsini, Əliabad
qəsəbə, Yuxarı
Tala kənd mədəniyyət evlərində,
Zaqatala şəhərindəki
Dədə Qorqud meydanında, Heydər Əliyev adına mədəniyyət və
istirahət parkında,
Qala düzü pilləkənlərində, tarix-diyarşünaslıq
muzeyində, Əliabad
kənd kitabxanasında
və digər müəssisələrdə əsaslı
və cari təmir işlərini də qeyd etmək
olar.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqə və festivallarda kollektivlərimiz və yaradıcı gənclərimiz
rayonumuzu layiqincə təmsil edirlər. XII Beynəlxalq Turizm və Səyahətlər
sərgisində Zaqatalanın
turizm obyektləri, folkloru, mətbəxi geniş təbliğ olunub.
Çexiyada keçirilən "Lidse"
41-ci Beynəlxalq Uşaq
İncəsənət Sərgisinə
müxtəlif əl işləri göndərilib. Xor kollektivlərinin
baxış-müsabiqəsinin zona turunda rayonumuzun
incəsənət məktəbinin
kollektivi uğurla iştirak edib. Digər tədbirlərimiz də çox olub. Yuxarı Tala, Mamrıx, Aşağı
Tala, Yengiyan, Muxax kənd kitabxanalarında Azərbaycan
tarixinə həsr olunmuş kitabların təqdimatı maraqla
qarşılanıb.
Bu ilin may ayında Qax şəhərində
keçirilmiş "Xalı
və xalçaçılıq"
sənəti üzrə
sərgidə Suvagil və Əlibayramlı kənd mədəniyyət
evlərindən
Sevinc Qurbanovanın
və Pirdovus Mehdiyevanın təqdim etdikləri xalçalardan
üçü diploma layiq
görülüb, nümayiş
üçün Bakı
turuna seçilib, özləri fəxri fərman və qiymətli hədiyyələrlə
təltif olunub.
İyun ayında isə Masallı şəhərində
keçirilən II Beynəlxalq
Folklor festivalında rayonumuzun "Hüdülki"
folklor rəqs kollektivi iştirak edib. "Hüdülki"
həmçinin iyunun
26-dan iyulun 1-dək Belarus Respublikasının
Bobruysk şəhərində
keçirilən festivalda
da uğurla çıxış edərək
mükafat qazanıb.
Tədbirlər planına uyğun
olaraq "Azərbaycan
folkloru milli sərvətimizdir" mövzusunda
dəyirmi masa keçirilib və rayon folklorunun təbliğində,
yaşadılmasında fəaliyyətləri
ilə daha çox seçilən 15
nəfər Mədəniyyət
və Turizm Nazirliyinin Fəxri diplomuna layiq görülüb.
Avqustda Gənclər və İdman Nazirliyinin Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Şəki-Zaqatala
zonası üzrə gənclərin folklor festivalı"nda rayonumuzdan
200-ə yaxın gənc
müxtəlif qruplar üzrə yaradıcılıq imkanlarını
nümayiş etdirib. Muğam, rəqs ifaları, həmçinin qədim musiqi alətlərimizdə
səslənən ifalar
yüksək qiymətləndirilib.
Bunlardan
əlavə, Mədəniyyət
və Turizm Nazirliyinin mədəni irs şöbəsinin təşkilatçılığı ilə sentyabr ayında Zaqatalada "Avropa irs günləri" keçirilib.
Tədbirdə Qax, Şəki, Balakən və Zaqatalanın folklor kollektivləri, yaradıcı gəncləri
iştirak edib. Respublika Simfonik Orkestrinin Zaqatala şəhərinin
Dədə Qorqud meydanında verdiyi konsert maraqla qarşılanıb.
Folklor ili çərçivəsində
Zaqatala Olimpiya İdman Kompleksində keçirilən ümumrespublika
tədbiri "Xalq sənəti, el təranələri"
adlanırdı. Bu möhtəşəm
bayram tədbirində
yerli kollektivlərlə
yanaşı, Balakən,
Qax, Masallı və Şamaxı rayonlarından gəlmiş
folklor və rəqs kollektivləri də iştirak edirdilər.
Şübhəsiz, folklor nümunələrinin
üzə çıxarılmasında,
qorunub gələcək
nəsillərə ötürülməsində
keçirilən tədbirlərin
böyük əhəmiyyəti
var. Onu da qeyd edək ki, 20-dək xalqın nümayəndəsinin Zaqatalada
çiyin-çiyinə yaşaması
mədəni irsin zənginləşməsinə, xalq sənətinin, o cümlədən hər xalqın öz folklorunun inkişafına da müsbət təsir edir.
Müxtəlif tədbirlərdə iştirak
etmək üçün
rayonumuza gələn qonaqlar Zaqatalanın necə dəyişdiyinin,
inkişaf etdiyinin, daha müasir və milli bir
bölgəyə çevrildiyinin
də şahidi oldular. Qarşıda isə görüləsi
işlərimiz çoxdur.
İnanırıq ki, dövlətimizin
yüksək qayğısı
sayəsində nəzərdə
tutduğumuz tədbirləri
uğurla gerçəkləşdirəcəyik.
Zümrüd AĞAKİŞİYEVA,
Zaqatala Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri
Azərbaycan.-2013.- 22 noyabr.- S. 10.